“Bu, bizim müharibəmiz deyil”. Primeinfo.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Rusiyanın hansısa şəkildə təsir göstərməli olub-olmaması barədə suala belə cavab verib. “Biz öz maraqlarımıza uyğun olanı etməliyik.
Rusiyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın İrandakı səfirliyinin iki əməkdaşının “Astara” Dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyəsi həyata keçirilib. Səfirlik əməkdaşları onlara göstərilən xidmətə görə təşəkkürlərini bildiriblər.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk göstərdiyi mehriban münasibətə və rusiyalıların sərhədi keçməsindəki səylərinə görə Azərbaycana təşəkkür edib. Primeinfo.az xəbər verir ki, Overçuk Rusiya vətəndaşlarından ibarət birinci qrupun artıq Azərbaycan-İran sərhədini keçdiyini söyləyib. “50-yə yaxın Rusiya vətəndaşı artıq Azərbaycan ərazisindədir.
İrandakı Rusiya səfirliyi vətəndaşlarına və həmvətənlərinə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə riayət etməyi və imkan daxilində bu ölkəni tərk etməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, diplomatik nümayəndəlik rusiyalıları sakit olmağa, səfirliyin və İran hakimiyyətinin rəsmi açıqlamalarını diqqətlə izləməyə, hərbi və dövlət obyektlərinə yaxın yerlərdən çəkinməyə çağırıb. Həmçinin İranın hər hansı bir yerində foto və ya video çəkməmək tövsiyə olunub.
ABŞ və Ukrayna nümayəndələri Cenevrədə təhlükəsizlik zəmanətlərini və iqtisadi aspektləri müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib. “Növbəti raund hazırlanır.
Brüssel Rusiyanın Avropa İttifaqındakı nümayəndəliyinin sayını 40 nəfərə endirmək niyyətində olduğu barədə Moskvanı məlumatlandırıb. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “Təsdiqləyə bilərəm ki, Avropa Xarici Fəaliyyət Xidməti Brüsseldə Rusiyanın Aİ və Avratomdakı Daimi Nümayəndəliyinin işçi heyətinin sayını 40 nəfərə endirmək barədə qəbul edilmiş qondarma qərar barədə Moskvaya məlumat verib.
Rusiya Azərbaycan Hava Yollarına məxsus AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfi tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq”, – deyə diplomat bildirib.
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib. O qeyd edib ki, Ukrayna da öz növbəsində 35 hərbçinin meyitini Rusiyaya təhvil verib.
“Rusiya bu müharibədə ancaq kötək qazandı. Rusiya özünün elit ordusunu itirib, Rusiyanın iqtisadi və siyasi tənəzzülü davam edir və dünyadan təcrid olunub”. Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir. Primeinfo.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib. Kallas deyib ki, ABŞ-ın Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.