“Roskomnadzor” federal qanunvericiliyin tələbləri əsasında “Telegram”ın işini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf naziri Maksut Şadaev bildirib. O qeyd edib ki, “Telegram” Rusiya Federasiyasından qadağan olunmuş məlumatları silmək üçün 150 min sorğuya məhəl qoymayıb.
Rusiyada hərbi komendantlıq binasında baş verən partlayışda ölənlərin sayı 3-ə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb. Vilayət qubernatoru Aleksandr Drozdenko bildirib ki, baş verən hadisənin səbəbləri araşdırılır.
Prokuror Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə 23 il müddətinə həbs cəzası istəyib. Primeinfo.az xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsində Şıxlinski və Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı, dövlət ittihamçısının çıxış etdiyi bildirilib. Prokuror Şahin Şıxlinskinin 23 il, Akif Səfərovun 23 il, Ayaz Səfərov 22 il, Kamal Səfərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Rusiyanın Rostov vilayətində miqrantlara aprelin 1-dən etibarən kuryer və ərzaq mağazalarında satıcı kimi işləmək qadağan ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru fərman imzalayıb. Qadağa yalnız iş icazəsi ilə işləyənlərə şamil edilir.
Rusiyanın Çelyabinsk vilayətində 25 yaşlı kişi kilsə ziyarətçilərinə bıçaqla hücum edib. Primeinfo.az xəbər verir ki, o, 74 və 53 yaşlı iki qadını yaralayıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk şübhəlinin saxlanıldığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Hollandiyanın Aleksey Navalnının Cənubi Amerikada zəhərli qurbağalarda tapılan ölümcül toksinlə zəhərlənərək həbsxanada öldüyü iddiasına münasibət bildirib. Primeinfo.az xəbər verir ki, Zaxarova 2024-cü ilin fevral ayında həbsxanada vəfat edən Navalnı ilə bağlı Qərb ölkələrinin birgə bəyanatını uydurma adlandırıb. “Bütün bəyanatlar və müzakirələr Qərbin diqqətini özünün həyati problemlərindən yayındırmağa yönəlmiş uydurmalardır.
Avropanın ABŞ-ın hazırda etdiyi kimi Rusiya ilə danışıqlara başlamasının mənası yoxdur. Primeinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransında deyib. “Danışmağın mənası varsa biz danışmağa hazırıq.
Rusiya Ukraynada bağ ilbizinin sürəti ilə irəliləyir. Primeinfo.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında səsləndirib. “Onlar istəyirlər ki, biz rusları qüdrətli ayı kimi qəbul edək.
Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Kremlin danışıqların dəqiq tarixləri və yerini daha sonra açıqlayacağını qeyd edib.
“Reallıq ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Rusiyadan qurtulmağa çalışır. Rusiya getdikcə zəifləyir və öz təsir imkanlarını itirir. Ümid edirəm ki, Rusiyanın beşinci kolonuna qarşı mübarizə daha ciddi şəkildə gedəcək”.