“Baş verən bu hadisələr sıradan hadisələr deyil və bir gündə meydana çıxan xəyanət deyil. Bütün bunlar uzun illər sistemli işin nəticəsidir. Bu şəbəkəni burada quran Rusiya imperiyasının elə özüdür”.
“Rusiya Cənubi Qafqazdan qovulur və təsir imkanları getdikcə azalır. Bölgə üçün tarixi bir şans yaranıb. 100 il öncə də bu tarixi şans yaranmışdı, amma həyata keçirmək üçün imkan olmamışdı. İndi isə yenidən şans yaranıb ki, Rusiyanın təsirlərini azaldaq”.
“Facebook” , “Instagram”, “Youtube” “WhatsApp” və “Telegram” şəbəkələrinin ardından “Google” da Rusiyada bloklana bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib. Onun sözlərinə görə, bu, texniki cəhətdən mümkündür, lakin Roskomnadzor “Google”dan borcu yığmaq üçün onun ölkəyə qayıtmasını gözləyə bilər.
Türkiyə Milli Müdafiə Nazirliyi Ordu vilayətinin Ünye rayonunda sahildə tapılan və quruya çıxmış vəziyyətdə olan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğunu açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, nazirlik bildirib ki, 10 fevral 2026-cı il tarixində Ünye rayonunda sahildə bir PUA-nın aşkar edilməsi ilə əlaqədar 11 fevralda əraziyə 1 Sualtı Müdafiə qrupu göndərilib. Məlumata əsasən, aparılan yoxlamalar zamanı PUA-nın içərisində partlayıcı maddənin olmadığı müəyyən edilib.
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV yazıb. Andlılar Məhkəməsinin kollegiyası Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib.
“Zatulin və Zatulin kimilər özbaşına danışmırlar. Bu Rusiya mərkəzi hakimiyyəti tərəfindən gələn təlimatlar əsasında səslənən bəyanatlardır”.
Moskva məhkəməsi teleqram mesencerini 7 milyon rubl (təqribən 154 min manat) məbləğində cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Məhkəmə qərarında bildirilir ki, teleqram Rusiya qanunvericiliyinə uyğun olaraq bəzi qadağan olunmuş məlumatları silmək və ya məhdudlaşdırmaq öhdəliklərini yerinə yetirməyib.
Rusiya Dövlət Dumasının deputatı, Ədalətli Rusiya partiyasının sədei Sergey Mironov Teleqram messencerinin bloklanmasının əleyhinə çıxıb. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, siyasətçi mesencerin məhdudlaşdıranları əclaflar adlandırıb. “Teleqramı əclaflar məhdudlaşdırır!
Rusiyanın Krasnodar diyarının Anapa şəhərində texniki kollecdə atışma baş verib. Primeinfo.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb, üç nəfər yaralanıb. Yerli medianın məlumatına görə, hücum edən şəxs saxlanılıb.
Ukrayna nümayəndə heyəti Rusiyaya səfər edə bilər. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, onların Moskvada Putinlə görüş keçirməsi müzakirə olunur. Bunun Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesini sürətləndirmək üçün variantlardan biri olduğu qeyd edilir.