Hakan Fidan: "Qardaş Azərbaycana yönələn hücumlara qarşı TDT güclü həmrəylik nümayiş etdirib"
Qardaş Azərbaycana qarşı hücumlara qarşı Türk Dövlətləri Təşkilatı (TDT) güclü həmrəylik nümayiş etdirib.
Qardaş Azərbaycana qarşı hücumlara qarşı Türk Dövlətləri Təşkilatı (TDT) güclü həmrəylik nümayiş etdirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuralıyev ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb. İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.
Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb.
Türkiyə Prezident Administrasiyası Azərbaycana qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlarla bağlı açıqlama yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan hərbi eskalasiya ətrafında fikir mübadiləsi aparılıb. İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş və mülki infrastrukturun zədələnməsi və mülki vətəndaşların xəsarət alması ilə nəticələnmiş dron hücumları ilə bağlı Azərbaycanla həmrəylik ifadə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısı çərçivəsində İstanbulda səfərdə olan Təşkilatın baş katibi Kubanıçbek Ömürəliyevi və üzv ölkələrin xarici işlər nazirlərini qəbul edib.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə qarşı həyata keçirilən dron hücumlarını qəti şəkildə pisləyib. Primeinfo.az-ın məlumatına görə, TDT-nin yaydığı bəyanatda bildirilib ki, hücumlar İran ərazisindən həyata keçirilib və mülki infrastrukturu hədəfə alıb. Baş katib belə hadisələrin təkrar olunmamasının vacibliyini vurğulayıb və regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.
Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 3-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb. Bu barədə Primeinfo.az-a Komitənin Mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi sahədə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
“May ayında Türk Dövlətləri Başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək”.