Tehranda təxribat törətmək istəyən dəstə zərərsizləşdirilib. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat nazirliyi məlumat yayıb. “Bu terrorçu muzdlu şəxslərdən 11 ədəd “Kalaşnikov” tipli silah, çoxlu sayda güllə və şəhər döyüşü üçün avadanlıq, müəyyən məbləğdə avro və dollar, eləcə də bir ədəd “Starlink” qurğusu aşkarlanıb”,- məlumatda bildirilib.
ABŞ və İsrail İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazalarına zərbələr endirib. Primeinfo.az xəbər verir ki, Tehranın qərb hissəsində partlayış səsləri eşidilib. Zərbələrdən biri Qərbi Azərbaycan vilayətində, Uşnavi şəhərində həyata keçirilib.
İranın paytaxtında bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb. ÜST-un sözcüsü Tehran şəhərindəki Qandi Xəstəxanası ilə əlaqədar bildirib ki, yaxınlıqdakı partlayışlar səbəbindən xəstəxanaya zərər gəldiyi üçün xəstələr təxliyə ediblər.
İranın paytaxtı Tehranda partlayış səsləri eşidilib.
İranın paytaxtı Tehranın şimalındakı məşhur “Cənnətabad bazarı”nda güclü yanğın baş verib. Primeinfo.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir. Məlumata görə, məkanın üzərində qatı tüstü yayılmağa başlayıb.
Tehranda sığınacaqlar yaradılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Tehran meri Əlirza Zakani ILNA-ya müsahibəsində bildirib. O, xəbərdarlıq sistemlərinin də yaradılacağını qeyd edib.
“Tehran rejimi özü də sonunun gəldiyini anlayıb”.
Yanvarın 8-9-da İranın İnqilab Keşikçiləri Ordusu – SEPAH fars molla rejiminə etiraz edən vətəndaşları gülləbaran edib. Tehran, Təbriz, Ərdəbil kimi böyük şəhərlər də daxil onlarla bölgəyə ordu yeridilib.
İranın paytaxtı Tehran şəhərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının arasənda baş verən silahlı toqquşmalar zamanı 26 ev, 34 məscid, 40 bank və 15 ticarət mərkəzi yandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Tehran Yanğın Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Bildirilib ki, hökumətə aid 13 bina və 50 nəqliyyat vasitəsi də alova qərq olub.
“Əldə etdiyimiz məlumata görə, su problemi səbəbindən 2 milyon insan Tehranı tərk edib”.