Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tramp

Tramp Qrenlandiyanın işğalı planını hazırlatdırır

ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb. Primeinfo.az “The Mail on Sunday” qəzetinə istinadən xəbər verir ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.

Tramp İrandakı mümkün hədəflər barədə məlumatlandırıldı

ABŞ Prezidenti Donald Trampa İrana əlavə zərbələr endirmək üçün bir neçə seçim verilib. Primeinfo.az xəbər verir ki, “The New York Times” (NYT) mənbələrə istinadən bu barədə məlumat yayıb. Mənbələrin məlumatına görə, Amerika lideri Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlarla tanış olub.

Tramp İranı yenidən hədələdi : “Başı bəladadır”

“İranın başı bəladadır”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə İranla bağlı suala cavab verərkən bildirib. O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: “İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü”.

Trampdan İrandakı etirazlara növbəti dəstək

ABŞ prezidenti Donald Tramp İranda iqtisadi çətinliklər səbəbindən başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar haqqında video paylaşıb. Primeinfo.az xəbər verir ki, Tramp İsrailin 13-cü Kanalı tərəfindən hazırlanan videonu özünün Truth sosial səhifəsində paylaşıb. Videoya əlavə etdiyi şərhdə ABŞ prezidenti xəbər reportajında ​​istifadə olunan ifadəni təkrarlayıb.

Tramp: "Venesuelaya ikinci hücum dalğasını ləğv etdim"

“ABŞ Venesuelaya ikinci dəfə hücum etməyəcək”. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. “ABŞ və Venesuela neft-qaz infrastrukturlarının yenidən qurulması istiqamətində uğurla əməkdaşlıq edir.

Senatda Trampa qarşı səsvermə olacaq

ABŞ Senatının cümə axşamı Prezident Donald Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səsvermə keçirməsi gözlənilir. Primeinfo.az müharibə səlahiyyətləri haqqında qətnamə Trampın Venesuelaya yenidən hücum etməzdən əvvəl Konqresin təsdiqini almasını tələb edir. Qeyd edək ki, Demokratlar Partiyası Trampın Venesuelaya qarşı fəaliyyətinin gücləndirdiyi vaxtlarda bir neçə belə qətnamə qəbul etməyə çalışsalar da buna nail ola bilməyiblər.

Tramp Venesuelaya gedəcək

“ABŞ-nin Venesuela üzərində nəzarəti bir ildən daha çox davam edəcək”. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində bildirib. “Bəs bu nə qədər davam edəcək?” sualına Tramp “bunu yalnız zaman göstərəcək” cavabını verib.