Türkiyə ABŞ-dan 250 Boeing təyyarəsi və hərbi texnika alır
BŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabrda Vaşinqtonda keçirəcəyi görüş ərəfəsində, “Boeing” şirkəti Türk Hava Yolları üçün 250 ədəd mülki təyyarə sifarişi üzrə danışıqları yekunlaşdırmaq üzrədir. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb. Məlumata görə, bu böyük sifariş ABŞ-Türkiyə münasibətlərində yeni bir səhifə açmaqla yanaşı, NATO üzvləri arasında uzun müddətdir davam edən F-35 mübahisəsinin həllinə də töhfə verə bilər.