Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Donald Tramp

Trampa İranda 50 hərbi hədəfin siyahısı təqdim edildi

Trampa İranda 50 hərbi hədəfin siyahısı təqdim edildi

ABŞ-də fəaliyyət göstərən “Nüvə İranına Qarşı Birlik” (UANI) təşkilatı Prezident Donald Tramp administrasiyasına İran ərazisində vurulması nəzərdə tutulan 50 strateji hərbi hədəfin siyahısını təqdim edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Bildirilib ki, hazırlanan xüsusi sənəddə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus komanda məntəqələrinin dəqiq koordinatları əks olunub.

Tramp Qrenlandiyanın işğalı planını hazırlatdırır

Tramp Qrenlandiyanın işğalı planını hazırlatdırır

ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb. Primeinfo.az “The Mail on Sunday” qəzetinə istinadən xəbər verir ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.

Tramp İrandakı mümkün hədəflər barədə məlumatlandırıldı

Tramp İrandakı mümkün hədəflər barədə məlumatlandırıldı

ABŞ Prezidenti Donald Trampa İrana əlavə zərbələr endirmək üçün bir neçə seçim verilib. Primeinfo.az xəbər verir ki, “The New York Times” (NYT) mənbələrə istinadən bu barədə məlumat yayıb. Mənbələrin məlumatına görə, Amerika lideri Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlarla tanış olub.

Tramp İranı yenidən hədələdi : “Başı bəladadır”

Tramp İranı yenidən hədələdi : “Başı bəladadır”

“İranın başı bəladadır”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə İranla bağlı suala cavab verərkən bildirib. O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: “İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü”.