Xəbər axtarın

Son axtarış nəticələri:

Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gedir

26.07.2026 18:15

Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gedir

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 27-də Vaşinqtona səfər edəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Netanyahu ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazir bazar ertəsi Vaşinqtona yola düşəcək, çərşənbə axşamı isə ABŞ Prezidenti Donald Trampla Ağ evdə görüş keçirəcək.

Səfər çərçivəsində Netanyahunun ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasimində də iştirak edəcəyi gözlənilir.

Paylaş: