Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xankəndi

Xankəndidə hansı işlər görülüb? - FOTO

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.

Xankəndidə mənzillər satışa çıxarılacaq

Xankəndidə mənzillər satışa çıxarılacaq. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Bildirilib ki, Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilib.

Xankəndidə Zəfər Günü qeyd olunub - FOTO

Noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.

Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilib - FOTO - VİDEO

Xankəndi şəhərində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə hərbçilərin yürüşü keçirilib. Primeinfo.az xəbər verir ki, hərbçilərin yürüşü şəhərin mərkəzi meydanından başlayıb və Zəfər meydanında başa çatıb. Yürüşü izləmək üçün küçələrə toplaşan şəhər sakinləri Zəfər şüarları səsləndirirlər.

Türkiyəli deputat Xankəndi və Şuşaya səfər edib - FOTO 

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan oktyabrın 28-də Xankəndi və Şuşa şəhərlərinə səfər edib.  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a bildirilib ki, Xankəndi şəhərinə gələn Hasan Turan burada Zəfər meydanında və Qarabağ Universitetində olub.  O, Xankəndidə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub, burada universitetin tələbələri ilə söhbət edib. 

Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb

Bu gün Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Forum “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir. Primeinfo.az xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

Xankəndi, Ağdərə və Xocalıda yaşayan əhalinin sayı açıqlanıb

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli və könüllü şəkildə qayıdışı davam edir. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb”.

İş axtarmaq adı ilə Xankəndiyə getdi, HƏBS EDİLDİ

Xankəndi şəhərinə iş axtarmağa gedən şəxs həbs edilib. Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Laçın rayon sakini, 2002-ci il təvəllüdlü Azər Quliyev iş axtarmaq üçün xalası oğlu ilə birlikdə Xankəndiyə gedib. Onlar bir neçə gün şəhər ərazisində iş axtarsalar da, onlara uyğun iş olmayıb.

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar

Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bu gün Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, Xankəndiyə çatan senatorlar saat 12-də burada Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı olub - FOTO

Sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı olub. Primeinfo.az Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsinə istinadən xəbər verir ki, təqdimat şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edərək, Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından danışıb: “44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu.