Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. XİN-dən Primeinfo.az-a bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

Ceyhun Bayramov həmkarı ilə Venesueladakı son hadisələr barədə danışıb

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

XİN rəhbərinin müavini Vyanada “Türk həftəsi”nin açılışında - FOTO

12-15 yanvar tarixlərində Vyana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Türk həftəsi” keçirilir. Bu barədə Primeinfo.az XİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Türk həftəsi” BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb.

İran xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək

Yanvarın 7-də İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi siyasi məsləhətləşmələr çərçivəsində Ermənistana səfər edəcək. Bu barədə Primeinfo.az İran KİV-ə istinadən məlumat verib. Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr aparmaqla yanaşı Ermənistanın digər rəsmiləri ilə də görüşlər keçirəcəyi gözlənilir.

Bakı-Minsk münasibətləri müzakirə edilib

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Belarus səfiri Dmitri Pineviçlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir. “İkitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər, habelə qarşıdan gələn tədbirlərə hazırlıq müzakirə olunub”, – XİN-dən bildirilib.

Türkiyə XİN ABŞ-ın Venesuelaya hücumu ilə bağlı açıqlama yayıb

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirilməsi ilə bağlı açıqlama yayıb. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada deyilir: “Hadisələri yaxından izləyirik. Türkiyə, Venesuelanın sabitliyinə və Venesuela xalqının əmin-amanlığına xüsusi önəm verir.

Ceyhun Bayramov Gürcüstana təşəkkür etdi

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Maka Botçorişvili arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Azərbaycan XİN: Somalinin "Somalilənd" bölgəsinin tanınması beynəlxalq hüquqa ziddir

Somalinin “Somalilənd” regionunun tanınması beynəlxalq hüquqa ziddir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidə son hadisələrə dair bəyanatında qeyd olunub. Bildirilib ki, Azərbaycan Somalinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir: “Somalinin “Somalilənd” regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir.