Zirədə ev yanır
Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Türkiyənin Bolu vilayətində 78 nəfərin ölümü ilə nəticələnən “Grand Kartal” otelində baş verən yanğınla bağlı məhkəmə prosesi davam edir. Primeinfo.az xəbər verir ki, 20-si həbsdə olmaqla ümumilikdə 32 nəfərin mühakimə olunduğu iş üzrə üçüncü məhkəmə iclası başlayıb. Hadisə ilə bağlı Bolu Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktında otel sahibləri və rəhbər şəxslər – Halit Ergül, Emine Murtezaoğlu Ergül, Ceyda Hacıbekiroğlu, Elif Aras, Emir Aras, Zeki Yılmaz, Ahmet Demir, Kadir Özdemir, Cemal Özer, Mehmet Salun, eləcə də Bolu bələdiyyə sədrinin müavini Sedat Gülener, yanğınsöndürmə idarəsinin rəhbər müavini Kenan Coşkun və yanğınsöndürən İrfan Acar barəsində ittiham irəli sürülüb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb.
Gəncə şəhərində yaşayış binasının beşinci mərtəbəsində partlayışdan sonra yanğın olub. Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, bu barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə nazirliyin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Ötən həftə 201 yanğına çıxış olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyatı qurumları tərəfindən ötən həftə ərzində 201 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, bunun əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakıda binada yanğın başladı, sakinlər təxliyə edildi
Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Türkiyədə meşə yanğınları ilə könüllü şəkildə mübarizə aparan və yanğında həlak olan şəxslər şəhid sayılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib. Qeyd edib ki, meşə yanğınlarıyla mübarizə könüllülərinə dair yeni dəyişikliklər qüvvəyə minib.