Paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
İsmayıllıda istirahət mərkəzində yanğın baş verib. Primeinfo.az xəbər verir ki, yanğın hadisəsi rayonun Diyallı kənd ərazisində, “Qızıl qaya” istirahət mərkəzində olub. Yanğın yerinə İsmayıllı rayon YMH nin yanğınsöndürənləri cəlb olunub.
Binəqədidə dördotaqlı ev yanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Primeinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Lənkəran rayonunda ev yanıb. Primeinfo.az-ın məlumatına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Zaqatala Hotel”in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Bakı şəhəri, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verib. Klinikadan Primeinfo.az-a verilən məlumata görə, yanğın qısaqapanmadan baş verib. Bildirilib ki, xəsarət alan olmayıb: “Bu gün saat 13:50 radələrində “Baku Medical Plaza” klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb.
Bakının mərkəzində yerləşən dördmərtəbəli obyektdə yanğın olub
Sumqayıt şəhərinin 11-ci mikrorayonundakı avtomobil təmiri sexlərindən birində başlayan yanğın söndürülüb. Primeinfo.az Bu barədə “Report”un yerli bürosu xəbər verir. Yanğının başvermə səbəbi araşdırılır.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldonun heykəli yandırılıb. “TodayBaku” “Marca”ya istinadən xəbər verir ki, naməlum şəxs Madeyra şəhərində yerləşən heykəli yandırıb, qarşısında rəqs edib və bu sözləri deyib: “Bu, Allahın son xəbərdarlığıdır”. Daha sonra o, videonu sosial şəbəkə hesablarında paylaşıb.