Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 220 m² olan restoranın mətbəxində 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Son 9 ayda ölkədə 34 partlayış baş verib

2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır.

Balakəndə məktəb binasında yanğın olub

Balakən şəhərində yerləşən N. Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.

Bakıda yataqxana yanır

Paytaxtda yataqxanada yanğın olub. Primeinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bakıda uşaq bağçasında yanğın olub

Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.

"Məlhəm Hospital"da yanğın

Bakıda yanğın hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Məlhəm Hospital”da baş verib. Yanğınla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Maştağada obyektdə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

66 yaşlı kişi yanan ocağın üzərinə yıxılaraq öldü

Naxçıvanda kişi yanan ocağın üzərinə yıxılaraq ölüb. Primeinfo.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırıb.

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi sonda əziz bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur.