Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Ağstafada ev yanıb

Ağstafada beş otaqlı ev yanıb. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib . Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binanın mənzilində yanğın başlayıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş. Primeinfo.az “E-huquq.az”a istinadla xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır. Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Yasamalda yanğında ölənlərdən biri də son mənzilə yola salındı

Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məmmədovdur. Primeinfo.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır.

Ağcabədidə üçotaqlı ev yandı

Ağcabədi rayonunda fərdi yaşayış evində yanğın olub. Primeinfo.az xəbər verir ki, hadisə rayon ərazisində yerli sakin Famil Hüseynova məxsus üçotaqlı evdə qeydə alınıb. Hadisə yerinə Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Könül Vəlibəyli dəfn edildi - VİDEO

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib. Primeinfo.az  xəbər verir ki, bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib. “Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü.

Ağdamda ev yanır - FOTO - YENİLƏNİB

Ağdamda yaşayış evi yanır. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndi ərazisində baş verib. Hadisə yerinə yerli yanğınsöndürən briqadaları cəlb olunub.