Xəbər axtarın

Son axtarış nəticələri:

Bu ölkə MDB-dən çıxacaqlarını elan etdi

19.01.2026 22:42

“Moldova Xarici İşlər Nazirliyi ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) ayrılması üçün hüquqi prosedurlara start verib”​.

Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mixai Popşoi “Radio Moldova”ya çıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırda qurum MDB-nin təsis müqaviləsi, onun əlavələri və Birliyin nizamnaməsinin ləğvi ilə bağlı xüsusi layihə üzərində işləyir:

“Hökumət səviyyəsində bu proseslərin fevralın ortalarına qədər yekunlaşması, daha sonra isə sənədin parlamentin təsdiqinə təqdim edilməsi planlaşdırılır. Bu addımların tamamlanması ilə Moldova rəsmən MDB-nin tərkibindən çıxmış hesab olunacaq”.

Xatırladaq ki, rəsmi Kişineunun bu qərarı Rusiya və bir sıra MDB ölkələri tərəfindən tənqidlə qarşılanıb.

Paylaş: