Xəbər axtarın

Son axtarış nəticələri:

"Dünya klounlardan bezib" - Əraqçidən Zelenskiyə sərt cavab

23.01.2026 11:49


İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosdakı çıxışına sərt cavab verib.

Primeinfo.az xəbər verir ki, Əraqçi “X” hesabında İranın özünü necə müdafiə edəcəyini bildiyini deyib.

O, Zelenskini “amerikalı və avropalı vergi ödəyicilərini korrupsiyaya bulaşmış generallarının ciblərini doldurmaq və Zelenskinin fikrinə görə, BMT Nizamnaməsinə zidd olan qeyri-qanuni təcavüzlə mübarizə üçün soymaqda” ittiham edib:

“O, eyni zamanda, açıq-aşkar və utanmazcasına ABŞ tərəfindən İrana qarşı BMT Nizamnaməsinə zidd olan təcavüzə çağırış edir. Cənab Zelenski, dünya çaşqın klounlardan bezib, sizin xaricdən dəstək alan və muzdlularla dolub-daşan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi yaxşı bilirik və əcnəbilərə kömək üçün yalvarmağa ehtiyacımız yoxdur”b.

Xatırladaq ki, dünən Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumunda beynəlxalq ictimaiyyəti İrandakı etirazlara kənardan baxmaqda və İran xalqının yanında olmamaqda ittiham edib.

Paylaş: