Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğanla Tramp Suriyanı müzakirə ediblər

21.01.2026 14:43


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla apardığı telefon danışığının səmərəli keçdiyini bildirib.

Primeinfo.az xəbər verir ki, o, əsas mövzunun Suriya məsələsi olduğunu bildirib.

Türkiyə lideri qeyd edib ki, İŞİD-lə birgə mübarizə də daxil olmaqla, Suriyanın təhlükəsizliyinə töhfə verəcək bir çox mühüm məsələni ətraflı müzakirə ediblər:

“Dünən imzalanan razılaşmanın icrası ilə ən qısa zamanda təşkilatın nəzarəti altında olan digər ərazilər və orada yaşayan mülki əhali də azadlığına qovuşacaq. Beləliklə, hər kəsin özünü təhlükəsiz hiss etdiyi, bütövləşmiş bir Suriya qurulmuş olacaq”.

Paylaş: