
İspaniyada Andalusiya muxtar icmasında iki sürət qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qatarda 317 sərnişin olub. 100 nəfər xəsarət alıb, onlardan 25-nin vəziyyəti ağırdır.
Qəzanın başvermə səbəbləri araşdırılır.