Xəbər axtarın

Son axtarış nəticələri:

Lavrov: "Ermənistan eyni vaxtda Aİ və Aİİ-nin üzvü ola bilməz"

20.01.2026 15:23


Ermənistan eyni zamanda həm Avropa İttifaqının (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz, çünki bu iki təşkilatda iştirak bir-birinə ziddir.

Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, bu məsələni Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyanla dəfələrlə müzakirə edib.

“Bu ittifaqların fəaliyyət prinsiplərindən az-çox xəbərdar olan hər kəs üçün aydındır ki, Aİİ-nin üzvü kimi qalaraq Aİ standartlarına keçmək mümkün deyil. Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk da erməni həmkarı ilə təmaslarda izah edib – bu, sadəcə texniki cəhətdən mümkün deyil”, – o qeyd edib.

Paylaş: