
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli qlobal gərginliyin artdığı bir dövrdə “Dünya Sülh Şurası”nın yaradılmasını təklif edib.
Primeinfo.az xəbər verir ki, bu barədə MHP-nin sosial şəbəkəsindəki paylaşımında bildirilib.
D.Bahçeli “TV100” televiziya proqramına göndərdiyi mesajda qeyd edib ki, İslamabadda İran və ABŞ arasında aparılan danışıqların nəticəsiz qalması dünyada sülh üçün təhdid yaradıb:
“Baş verənlər üçüncü dünya müharibəsi ssenarilərinin daha çox müzakirə olunmasına səbəb olub. Bu şəraitdə biz BMT-nin Baş katibi Antonio Quterreşin çağırışı ilə ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqının “Dünya Sülh Şurası” mexanizmi çərçivəsində yeni tədbirlərin hazırlamasını təklif edirik.
Biz inanırıq ki, Türkiyə bu təşəbbüsə ev sahibliyi edə bilər”.