Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda dəhşətli qəza: Ölən və yaralananlar var - VİDEO

13.04.2026 11:29

Aprelin 12-də Suraxanı rayonu, Zığ dairəsi-Hava Limanı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd edilib ki, yük maşını yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalını yandırmayıb. Bu zaman digər nəqliyyat vasitəsi yük maşınına çırpılıb.

Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

NİİM-dən bildirilib ki, gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağın və zəruri təhlükəsizlik tədbirləri görməyin nə qədər önəmli olduğunu göstərir.

Bildirilib ki, nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalı yandırılmalı və nəqliyyat vasitəsinin arxasında ən azı 30 metr məsafədə xüsusi nişan yerləşdirilməlidir.

“Hər dəfə deyildiyi kimi, sürücülər yollarda diqqəti yayındıracaq vasitələrdən istifadə etməməli, xüsusilə də sutkanın qaranlıq vaxtı bu məsələyə daha məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidir”, – deyə məlumatda qeyd edilib.

 

Paylaş: