
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadası elan edib.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində paylaşım edib.
O, İran limanlarına daxil olan və çıxan gəmilərə blokadanın qoyulacağı saatı açıqlayıb:
“ABŞ 13 aprel Şərq vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə 18.00) İran limanlarına daxil olan və ya oradan çıxan gəmiləri blokadaya alacaq”.
Həmçinin bildirilir ki, İran xaricindəki limanlara gedən və gələn gəmilər Hörmüz boğazından keçərkən CENTCOM qüvvələri onların keçidinə mane olmayacaq.