
ABŞ və İran arasında İslamabadda başlayan danışıqların dayandırılması qərarı məni təəccübləndirmədi, əvvəlcədən mən də belə bir təəssürat vardı ki, danışıqlar yaxşı hazırlanmayıb.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.
Merz həmçinin diplomatik həllin sürətli bir proses olmayacağına işarə edərək, iqtisadi təsirlərin hələ bir müddət də hiss olunacağını qeyd edib:
“Bu, uzunmüddətli bir proses olaraq qalacaq və bu müharibənin nəticələrini, hətta bitdikdən sonra belə, uzun müddət hiss etməyə davam edəcəyik”.