
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın tənqidindən sonra belə müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini bildirib.
Primeinfo.az AFP-yə istinadən xəbər verir ki, Əlcəzairəyə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini bildirib .
“Mən onunla polemikaya girmək istəmirəm. Mesaj eynidir – sülhü təşviq etmək”, – Roma Papası deyib.
Qeyd edək ki, bir qədər əvvəl Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.
“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, – deyə Tramp bildirib.
Ağ Ev lideri xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu bildirib.