Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ və İran arasında atəşkəsdə

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında bundan sonra da vasitəçi qismində çıxış etməyə hazırdır

Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib. Primeinfo.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası onun şənbə günü İslamabadda İran nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlarının yekunlarına əsasən yaydığı məlumatda vurğulayıb. “Baş nazir Şahbaz Şərif İranın İslamabad danışıqlarında iştirakına görə minnətdarlıq edib.

ABŞ-İran danışıqları: Bəzi detallar bəlli oldu

İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Xəbərə görə, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.

Türkiyə kəşfiyyatı ABŞ və İran arasında atəşkəsdə mühüm rol oynayıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ABŞ-la İran arasında iki həftəlik atəşkəsin əldə olunmasına gətirib çıxaran diplomatik səylərdə mühüm rol oynayıb. Primeinfo.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. Bildirib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı həm Qərb ölkələri, həm də qonşu İran, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə birbaşa əlaqə saxlaya bilən azsaylı aktorlardan biri olub.