Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ceyhun bayramov

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb. Primeinfo.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub. Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3 dekabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Ceyhun Bayramov Avstriyaya gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Primeinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb. “Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan–İtaliya strateji tərəfdaşlığının yüksək səviyyədə inkişaf etdiyi məmnunluqla qeyd olunub və ikitərəfli münasibətlərin genişlənməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb - FOTO

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə nazir özünün “X” hesabında məlumat paylaşıb. “İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya Senatının Prezidenti İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum.