Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Çin

Baş prokuror Kamran Əliyev Çinə gedib - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.

Dünyada yeni silahlanma yarışı: Rusiya bu sahədə ABŞ-ı geridə qoyur

Dünyada süni intellekt (Sİ) əsaslı silahlanma yarışı başlayıb və bu proses miqyasına görə nüvə silahı uğrunda mübarizə ilə müqayisə edilir. Primeinfo.az Musavat.com xəbər verir ki, “The New York Times” nəşrinin dərc etdiyi məlumata görə, ABŞ, Çin və Rusiya döyüş meydanında müstəqil qərar vermə qabiliyyətinə malik avtonom dronlar və sistemlər üzərində aktiv iş aparırlar. Müasir texnologiyaların hərbi sahəyə tətbiqi istiqamətində gedən bu rəqabətə artıq Avropa ölkələri, Hindistan, İsrail və digər dövlətlər də qoşulub.

Sahibə Qafarova Çinə gedib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak etmək üçün Çinin Boao şəhərinə işgüzar səfərə gəlib. Primeinofo.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib. Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında Milli Məclisin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Si Cinpin: "Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm"

“Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm”. Primeinfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir. “İki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram”, – məktubda vurğulanıb.

Çin və Hindistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub - FOTO

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir. Primeinfo.az xəbər verir ki, saat 10-dan 12-dək 9 Çin və 6 Hindistan vətəndaşı təxliyə olunub. Qeyd edək ki, bu gün saat 00:00-dan 10:00-dək 1 Azərbaycan vətəndaşı və Norveçin 3 diplomatik nümayəndəsi də sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Çin vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Çin vətəndaşlarına İrana səyahət etməməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi, eləcə də Çin səfirliyi və konsulluğu vətəndaşları İrana səfər etməməyə çağırıb. Bildirilib ki, İranda olan Çin vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməli və ölkəni mümkün qədər tez tərk etməlidir.

Çin Almaniya ilə münasibətləri yeni səviyyəyə qaldırmağa hazırdır

Almaniya Lansleri Fridrix Merts Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Si Cinpin görüş zamanı ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağa hazır olduqlarını bildirib və Çin–Almaniya əlaqələrinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Tramp martın 31-də Çinə gedəcək

ABŞ Prezidenti Donald Tramp martın 31-dən aprelin 2-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq. Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü planlaşdırılır. Məlumata görə, tərəflər tarif artımının dayandırılması ilə nəticələnən ticarət razılaşmasının uzadılması perspektivlərini müzakirə edəcəklər.