Çinin Honq Konq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib. “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə şəfa arzulayırıq”, – qeyd olunub.
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib. DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə o, “Truth Social” hesabında yazıb. “Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Qırğızıstan və Çin xarici işlər nazirlikləri 2026–2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib. Rəsmi səfərlə Qırğızıstanda olan Çinin xarici işlər naziri Van İ qırğız həmkarı Jeenbek Kulubayevlə Strateji dialoqun ilk iclasını keçiriblər.
Çin Dövlət Şurasının Baş naziri Li Cianq Rusiyaya səfər edib. Primeinfo.az xəbər verir ki, Cinaq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 24-cü iclasında iştirak etmək üçün bazar ertəsi Moskvaya gəlib. Li Cianqın Rusiyanın Baş naziri Mixail Mişustinin dəvəti ilə Rusiyaya səfər etdiyi, onun noyabrın 18-dək Rusiyada qalacağı bildirilib.
Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən “Çin Ziyarətçiləri Sammiti” (China Visitors Summit) keçirilir. Primeinfo.az xəbər verir ki, tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Həmçinin tədbir çərçivəsində Çin turizm şirkətlərinin Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlərinin təşkili və regional turizm potensialının tanıdılması planlaşdırılır.
Çin lideri Si Cinpin “Böyük iyirmiliyin” (G20) Cənubi Afrika Respublikasında (CAR) nəzərdə tutulan sammitində iştirak etməyəcək. Prinneinfo.az xəbər verir ki, bu barədə “Die Zeit” nəşri yazıb. Yohannesburq sammitində ölkənin nümayəndə heyətinə Dövlət Şurasının Baş naziri Li Syan rəhbərlik edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA xəbər verir ki, dövlət başçısı “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib.
Anaklia dərin dəniz limanı, Şərq-Qərb avtomagistralı, Qara dəniz sualtı kabeli, Tbilisi beynəlxalq hava limanı layihəsi və Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanı Çin və Avropa arasında əsas ticarət və nəqliyyat marşrutuna çevirir, regional əlaqələri möhkəmləndirir və iqtisadi əməkdaşlığın inkişafına töhfə verir. Primeinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində çıxışında deyib. O bildirib ki, Gürcüstan Çinlə tərəfdaşlığı gücləndirmək və müxtəlif sahələr üzrə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.