Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirlikləri (FHN) arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət planı imzalanıb. Bu barədə Primeinfo.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev imzalayıblar.
Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə yanğınların söndürülməsi və təxliyənin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib. Bu barədə Primeinfo.az- nazirlikdən məlumat verilib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında yanğın-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə yanğınların söndürülməsi və təxliyənin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında yanğın-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib. Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti 26-27 noyabr tarixlərində Türkiyə Respublikasında səfərdə olub.
Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, ilkin olaraq FHN, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.