Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

Yasamalda binadakı yanğın məhdudlaşdırılıb- YENİLƏNİB - FOTO - VİDEO

Yasamalda binadakı yanğın məhdudlaşdırılıb- YENİLƏNİB - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Ötən həftə 213 yanğına çıxış olub, 37 nəfər xilas edilib

Ötən həftə 213 yanğına çıxış olub, 37 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Primeinfo.az nazirliyin saytına istinadən xəbər verir ki, ötən həftə ərzində 213 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Hava ilə bağlı əhaliyə xəbərdarlıq olundu

Hava ilə bağlı əhaliyə xəbərdarlıq olundu

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, FHN müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur: “Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

FHN: Beyləqanda avtomobil su kanalına düşüb, 4 nəfər xilas edilib

FHN: Beyləqanda avtomobil su kanalına düşüb, 4 nəfər xilas edilib

Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Qazaxda yanacaq daşıyan maşının yanması nəticəsində bir nəfər ölüb -  VİDEO - YENİLƏNİB

Qazaxda yanacaq daşıyan maşının yanması nəticəsində bir nəfər ölüb -  VİDEO - YENİLƏNİB

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən kiçikhəcmli gəmilərlə bağlı XƏBƏRDARLIQ

FHN-dən kiçikhəcmli gəmilərlə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.

Qazaxda evdə partlayış olub, xəsarət alan var - VİDEO - FOTO

Qazaxda evdə partlayış olub, xəsarət alan var - VİDEO - FOTO

Qazaxda fərdi yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qazax şəhərində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

FHN-in keçmiş əməkdaşı Xankəndidə həbs edildi

FHN-in keçmiş əməkdaşı Xankəndidə həbs edildi

Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Xankəndi şəhərində həbs edilib. Primeinfo.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Elnur Rəhmanov (soyad şərtidir) azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni vəzifəsində çalışan Elnur 2025-ci ilin iyun ayının əvvəllərində Xankəndi şəhərinə ezam olunub və orada xidmətini davam etdirib.