Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

Balakəndə məktəb binasında yanğın olub

Balakəndə məktəb binasında yanğın olub

Balakən şəhərində yerləşən N. Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.

Sumqayıtda yaşayış binası yanıb

Sumqayıtda yaşayış binası yanıb

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Bakıda yataqxana yanır

Bakıda yataqxana yanır

Paytaxtda yataqxanada yanğın olub. Primeinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Sarayda avtobusda yanğın olub - FOTO 

Sarayda avtobusda yanğın olub - FOTO 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bakıda uşaq bağçasında yanğın olub

Bakıda uşaq bağçasında yanğın olub

Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.

Göyçayda iki ev birdən yandı - FOTO

Göyçayda iki ev birdən yandı - FOTO

Göyçayda yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb. Yanğın nəticəsində iki evə ciddi ziyan dəyib.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO

10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsinə təhvil verilmə anının görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntülər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.

Xəzərdə itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb

Xəzərdə itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb

Dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Novxanıda restoran yandı

Novxanıda restoran yandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.