Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3 dekabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Türkiyə xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin toplantısında əsas müzakirə mövzusu Rusiya və Ukrayna arasında mümkün sülh sazişi məsələsi olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, nazir sülh prosesində Türkiyənin əsas aktorlardan biri kimi fəal rol oynadığını vurğulayıb: “Avropalı həmkarlarımızla bu gün NATO çərçivəsində keçirilən görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasında mümkün sülh sazişi və bu istiqamətdə mövcud proseslərin gedişi oldu. Bildiyiniz kimi, Türkiyə Ukrayna sülh danışıqlarında əsas aktor olduğuna görə bu mövzularla bağlı fikrimiz daim soruşulur.
Qara dənizdə həyata keçirilən hücumlar, əslində, Türkiyənin etdiyi xəbərdarlıqlarda nə qədər haqlı olduğunu üzə çıxardı. Çünki bu, savaşın coğrafiyasının genişləndiyini göstərir.
Türkiyə xarici işlər naziri Hakan Fidan İran prezidenti Məsud Pezşkianla görüşüb.
Türkiyə xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə razılaşmağa hazırdır.
Türkiyə xarici işlər naziri Hakan Fidan İrana rəsmi səfərə gedəcək. Primeinfo.az xəbər verir ki, Hakan Fidan Tehranda iranlı həmkarı Abbas Erakçi və digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşəcək. Səfər zamanı Rəcəb Tayuib Ərdoğan və Məsud Pezeşkianın rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə Azərbaycanla münasibətlərini koordinasiya və həmrəylik prinsipləri üzərində formalaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli platformalarda inkişaf etməkdədir.
“Rusiya ilə Ukrayna arasındakı müharibə potensial həll yoluna yaxınlaşıb”. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, həm hərbi əməliyyatların dəyişən dinamikası, həm də artan iqtisadi təzyiqlər nəzərə alınmaqla, münaqişə tərəflər üçün getdikcə dözülməz hala gəlir.