Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hakan Fidan

Hakan Fidan Yaxın Şərq ölkələrinə səfər edəcək

Hakan Fidan Yaxın Şərq ölkələrinə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ–İsrail–İran münaqişəsinin dayandırılması məqsədilə region ölkələrinə səfər edəcəyini bildirib. Primeinfo.az-ın xəbərinə görə, nazir İsrailin İranın siyasi liderlərini hədəf almasını beynəlxalq humanitar hüquqa zidd kimi qiymətləndirib. O, bu addımı suiqəsd kimi dəyərləndirərək, İsrailin bu siyasətdən çəkindirilməsinin vacibliyini vurğulayıb.

Fidanla Lavrov regiondakı müharibəni müzakirə etdilər

Fidanla Lavrov regiondakı müharibəni müzakirə etdilər

Türkiyə və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, Hakan Fidanla Sergey Lavrov regionda müharibənin mümkün qədər tez bir zamanda dayandırılması və tərəflərin danışıqlar masasına qayıtması məsələsini müzakirə ediblər. Tərəflər, həmçinin, Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

BMT Baş katibi Türkiyədədir

BMT Baş katibi Türkiyədədir

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Baş katibi Antonio Quterreşlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Quterreşin Ankaraya səfəri çərçivəsində baş tutub.

Hakan Fidan Əraqçiyə etirazını bildirib

Hakan Fidan Əraqçiyə etirazını bildirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı Hakan Fidan Əraqçiyə Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib. Əraqçi Türkiyə hava məkanına yönəlmiş raketlərin İrana məxsus olmadığını və bu məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını qeyd edib.

Hakan Fidan həmkarları ilə regionda gərginliyin azalması üçün addımları müzakirə edib

Hakan Fidan həmkarları ilə regionda gərginliyin azalması üçün addımları müzakirə edib

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və cənubi koreyalı həmkar Ço Hyunla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in sosial media hesabında paylaşılıb. Bildirilib ki, telefon danışıqları zamanı regionda davam edən gərginliyin azaldılması üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.