Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hakan Fidan

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib. Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.

Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq

Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran ilə ABŞ arasında razılaşmanın yenidən bərpa edilməsinin vacibliyini vurğulayıb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, o bununla bağlı Qətərə səfəri çərçivəsində “Qatar TV” telekanalına müsahibəsində bildirib. H.Fidan İran və ABŞ arasında davam edən qarşıdurmanın region iqtisadiyyatına mənfi təsir göstərdiyini, münaqişənin genişlənməsi riskinin isə yeni problemlər yarada biləcəyini bildirib.

Hakan Fidan iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

Hakan Fidan iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə telefon danışığı aparıb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbələr məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı tərəflər regiondakı təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Hakan Fidan Qətərə səfər edəcək

Hakan Fidan Qətərə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə rəsmi səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, səfər iyulun 19-da baş tutacaq.

Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək

Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək

Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları çərçivəsində Türkiyə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andriy Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları çərçivəsində Türkiyə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.

Hakan Fidan Ukraynada danışıqlar aparacaq

Hakan Fidan Ukraynada danışıqlar aparacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün və sabah Ukraynada danışıqlar aparacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyə XİN-dən məlumat verilib. Səfər zamanı Fidanın Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul ediləcəyi, həmçinin xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Prezident Aparatının rəhbəri Kiril Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Krım tatarlarının milli lideri Mustafa Cəmil və Krım Tatar Milli Məclisinin (KTMM) sədri Rifat Çubarov da daxil olmaqla yüksəkvəzifəli şəxslərlə görüşlər keçirəcəyi planlaşdırılır.