Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hakan Fidan

Putin Kazanda Hakan Fidanla görüşəcək

Putin Kazanda Hakan Fidanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin sabah Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Qeyd edək ki, Hakan Fidan Rusiyada işgüzar səfərə gəlib.

Moskvada Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başlayıb

Moskvada Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başlayıb

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb. Primeinfo.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrova onun türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar Rusiya XİN-nin Qəbullar Evində keçirilir. Nazirlər əvvəl təkbətək görüşüblər.

Hakan Fidan və İshaq Dar Yaxın Şərqdə sülhün bərpasına ÇAĞIRIŞ etdilər

Hakan Fidan və İshaq Dar Yaxın Şərqdə sülhün bərpasına ÇAĞIRIŞ etdilər

Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub. Tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar: “Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər”.

Hakan Fidan Rusiyaya gedəcək

Hakan Fidan Rusiyaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15-17 iyun tarixlərində Moskvaya işgüzar səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Hakan Fidan səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Hakan Fidan Azərbaycana başsağlığı verib

Hakan Fidan Azərbaycana başsağlığı verib

Türkiyənin xarici işlə naziri Hakan Fidan Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycana başsağlığı verdiyini bildirib. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfər isə həlak olub.