Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

Əraqçi: "İran atəşkəsi qəbul etmir"

Tehran atəşkəsi qəbul etmir. Primeinfo.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jaazera”ya müsahibəsində deyib. “Biz müharibənin sona çatmasını, gələcəkdə təcavüzlərin təkrar olunmayacağına zəmanət və İran xalqına dəyən zərərin ödənilməsini tələb edirik”, – nazir vurğulayıb.

Pezeşkian: “İrana qarşı aqressiyanın dayandırılması normallaşmanın əsas şərtidir”

İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin normallaşması üçün əsas şərtin aqressiyanın dayandırılması olduğunu bildirib. Primeinfo.az Pezeşkianın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, Avropa Şurasının prezidenti Antoniu Koşta ilə telefon danışığında deyib. “Vəziyyətin normallaşmasının yeganə yolu ABŞ və İsrailin aqressiyasının dayandırılmasıdır.

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

İrandan fevralın 28-i saat 8:00-dan martın 31-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 146 nəfər təxliyə olunub. Primeinfo.az-ın məlumata görə, təxliyə olunanların 551 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda, Çinin 728, Rusiyanın 354, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 196, Omanın 84, İndoneziyanın 68, İranın 61, İtaliyanın 44, Əlcəzairin 55, İspaniyanın 26, Almaniyanın 24, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 11, Belarusun 11, Böyük Britaniya, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliyanın 9, Sudanın hərəsinin 8, Venesuela 7, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

Azərbaycan və İran XİN rəhbərləri ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb

30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.