İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşüb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.
Macarıstan mediasında Qərbi Azərbaycan mədəniyyəti, xüsusilə aşıq sənətinə həsr olunmuş yazı dərc olunub. Primeinfo.az xəbər verir ki, Macarıstanın iki nüfuzlu media orqanında – “HelloMagyar” xəbər portalı və “Dailynewshungary” saytında “Qərbi Azərbaycanın ruhunu yaşadan” başlıqlı yazı macar və ingilis dillərində dərc edilib. Budapeştdəki Azərbaycan Evinin təşkilati dəstəyi ilə yayımlanan yazılar Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təqdimatı əsasında oxuculara çatdırılıb.
Bu gün Budapeştdə yerləşən Azərbaycan Evində “Zəngəzur dəhlizinin Azərbaycan–Macarıstan strateji əməkdaşlığının inkişafında rolu” mövzusu ətrafında müzakirələr aparılıb. Primeinfo.az xəbər verir ki, toplantının əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri xanım Sevda Fərəcova “Azərbaycan–Macarıstan münasibətləri: çoxölçülü strateji tərəfdaşlıq və Zəngəzur sülh dəhlizinin yaratdığı yeni siyasi reallıq Avropada” mövzusunda məruzə ilə çıxış edib.