Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Macarıstan

Ceyhun Bayramov Macarısatana getdi -  FOTO

Ceyhun Bayramov Macarısatana getdi -  FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat paylaşılıb. Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Macarıstanın xarici işlər naziri Rusiyaya gedib

Macarıstanın xarici işlər naziri Rusiyaya gedib

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfərə gedib. Primeinfo.az xəbər verir ki, səfərdə məqsəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir. Diplomatı Macarıstan iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edir.

Ərdoğan Orbanı rəsmi mərasimlə qarşıladı

Ərdoğan Orbanı rəsmi mərasimlə qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanı rəsmi mərasimlə qarşılayıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, ikili görüşdən sonra heyətlərarası görüş keçiriləcək. Bu gün Macarıstan və Türkiyə arasında 16 razılaşmanın imzalanması gözlənilir.

Azərbaycan və Macarıstan hərbi tibb sahəsində əməkdaşlıq görüşü keçirib - FOTO

Azərbaycan və Macarıstan hərbi tibb sahəsində əməkdaşlıq görüşü keçirib - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Macarıstan Respublikası Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildriilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri barədə brifinq təqdim olunub.

Macarıstanın Baş naziri İrəvana gəlir

Macarıstanın Baş naziri İrəvana gəlir

Macarıstanın Baş naziri Viktor Orban sabah futbol matçı üçün İrəvana gələcək. Primeifno.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Sabah İrəvanda Ermənistan-Macarıstan 2026-cı il Dünya Kuboku üçün Avrozonanın seçmə mərhələ oyunu keçiriləcək və Orban matç üçün Ermənistana gələcək”, – məlumatda deyilib.

ADSEA nümayəndələri Macarıstanda keçirilən beynəlxalq tədbirdə - FOTO

ADSEA nümayəndələri Macarıstanda keçirilən beynəlxalq tədbirdə - FOTO

5 noyabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbiri keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbərinin müavini Ülviyyə Məmmədova çıxış edib. Çıxışında Ülviyyə Məmmədova Su və Səhiyyə üzrə Protokol çərçivəsində son 20 ildə əldə olunan uğurlardan, su ehtiyatlarının dayanıqlı idarəçiliyi, təhlükəsiz içməli suya və sanitariyaya çıxışın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib.

Prezident Viktor Orbanı təbrik etdi

Prezident Viktor Orbanı təbrik etdi

“Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram”.