Xəbər axtarın

Son axtarış nəticələri:

Bayram günü kabab bişirmək istədilər: xəstəxanalıq oldular

27.05.2026 20:49

Bayram günü kabab bişirmək istədilər: xəstəxanalıq oldular

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

Primeinfo.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində – Nizami küçəsində yerləşən evlərdən birində baş verib.

Manqal qalayıb, kabab bişirmək istəyən ailə üzvləri küləkli havada benzini manqala tökərək, od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.

Hadisə zamanı 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş: