Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO

28.05.2026 13:30

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO

Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Primeinfo.az xəbər verir ki, bu gün 2 vaqondan ibarət, çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət, çəkisi 67 ton olan un Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Paylaş: