
“Muhteşem yüz yıl'” serialında “Parqalı İbrahim Paşa” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Okan Yalabık son görünüşü ilə sevənlərini təəccübləndirib.
Primeinfo.az xəbər verir ki, yaxın dostu Engin Hepilerini dəfn mərasimində tək qoymayan aktyorun xeyli çəki alması diqqətdən yayınmayıb.
Okan Yalabıkın kökəlməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Onu ilk baxışdan tanımaqda çətinlik çəkdiklərini deyənlər, hətta İlon Maska bənzədənlər də olub.
