Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ogurluq

Bakıda evdən 12 min manat oğurlandı

Bakıda evdən 12 400 manat oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Primeinfo.az verilən məlumata görə, Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib.

Evdən oğurluq edən kürəkən saxlanıldı

Dekabrın 8-i Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Primeinfo.az xəbər verir ki, polis tərəfindən hadisənin təfərrüatı araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib. Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.

Avtomobildən 6500 manat oğurlandı: Şübhəli şəxs həbs edildi

Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mersedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb. DİN-dən Primeinfo.az-a verilən məlumata görə, avtomobil sahibi bu barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.

Bu ölkədə nazirin evi qarət edildi

Fransada ekoloji keçiddən məsul nazir Matye Lefevrin mənzili qarət edilib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq məmur və sevgilisi evdə olmadığı vaxt baş verib. İddialara görə, oğrular qapını açmaq üçün onların poçt qutusunda qoyub getdikləri ehtiyat açardan istifadə ediblər.

Bu rayonda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb. Primeinfo.az xəbər verir ki, Şərur rayonunun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pulun naməlum şəraitdə oğurlanmasını bildirib. Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.

Bakıda turistin pulu oğurlandı - FOTO

Bakıda turistin pulu oğurlanıb. Primeinfo.az xəbər verir ki, 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.

Luvr muzeyindəki oğurluq işi üzrə daha 4 nəfər saxlanıldı

Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha 4 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Paris şəhər prokurorluğu CNN-ə məlumat verib. Bildirilib ki, saxlanılanlar 38 və 39 yaşlı iki kişi, 31 və 40 yaşlı iki qadındır.

Bakıda 13 min manatlıq oğurluq olub

Binəqədi rayonunda talama cinayəti baş verib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Soyğunçuluq edən şəxsi polis saxlayıb

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə vətəndaş polisə məlumat verib.

Turizm şirkətindən 20 min manat oğurlanıb

Turizm şirkətindən 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bu barədəPrimeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb.