Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: pakistan

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Xarici İşlər Nazirliyi Pakistanı Milli bayramı münasibəti ilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Qardaş Pakistan xalqını və hökumətini dövlətin Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

Ərdoğan Şahbaz Şəriflə regiondakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, liderlər Türkiyə-Pakistan ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan Türkiyənin regionda sülh yönümlü səylərinin davam etdiyini və sabitliyin təmin olunması üçün addımlar atacağını bildirib.

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı münaqişələri müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında yayılıb. Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.

Əfqanıstan Pakistana hücum etdi

Əfqanıstan hakimiyyəti Pakistan ərazisinə pilotsuz təyyarələrlə zərbələr endirməklə qırmızı xətti keçib. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdari bildirib. Açıqlamada deyilir: “Pakistanda mülki əhaliyə qarşı pilotsuz təyyarələrin hücumlarını qətiyyətlə pisləyərək, Talibanının qırmızı xətti keçdiyini bəyan edirik”.

Pakistan ordusu: "Əfqanıstanın 274 döyüşçüsü öldürülüb"

Əfqanıstan sərhədi boyunca Pakistanın cavab tədbirləri nəticəsində indiyə qədər ən azı 274 Taliban döyüşçüsü öldürülüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bildirib. General bütün hücumların effektiv şəkildə dəf edildiyini qeyd edib.

Əfqanıstan Pakistana hava zərbələri endirib

Bu gün Əfqanıstan ordusu Pakistanda müxtəlif bölgələrdə yerləşən obyektlərə hava zərbələri endirib. Primeinfo.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İslamabadın Fəyzabad şəhəri yaxınlığında yerləşən hərbi düşərgəyə, Noshəhrə, Cəmrud və Abbottabad şəhərlərindəki hərbi qərargahlara zərbələr endirilib.

Pakistan MN: "Əfqanıstanla açıq müharibə gedir"

Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif və Prezidenti Asif Əli Zərdari Əfqanıstan Taliban qüvvələri ilə sərhəddə gərginliyin artması fonunda ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək əzmini təsdiqləyən sərt bəyanatlar veriblər. Primeinfo.az Pakistan mətbuatına istinadən xəbər verir ki, ölkə rəhbərliyinin açıqlamaları Pakistan–Əfqanıstan sərhədində baş verən toqquşmalar fonunda səsləndirilib. Prezident və Baş nazir bildiriblər ki, Pakistanın istənilən təcavüzə qarşı müdafiəsi məsələsində heç bir güzəştə gedilməyəcək.