Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: pakistan

Əfqanıstan-Pakistan sərhədində toqquşma - 22 nəfər həlak olub

Pakistan-Əfqanıstan sərhədində cavab əməliyyatı zamanı azı 22 Taliban üzvü öldürülüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın “Geo News” kanalı hüquq mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələr əlavə ediblər ki, təhlükəsizlik qüvvələri Talibanın Pakistan-Əfqanıstan sərhədində səbəbsiz əməliyyatından sonra “Ghazab-lil-haqq” əməliyyatına başlayıb.

Pakistanda terror aktı: 4 polis həlak olub

Pakistanın Pəncab əyalətinin Bhakkar rayonunda kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı dörd polis həlak olub, üç nəfər isə yaralanıb. Primeinfo.az xəbər verir ki, hücum polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışdan sonra polis və xilasetmə qrupları hadisə yerinə çataraq yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar.

Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşma olub

Bu gün günortadan sonra sərhəd bölgələrində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar baş verib və döyüşlər hələ də davam edir. Primeinfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın yerli mətbuatı məlumat yayıb. Məlumata görə, toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə baş verib.

"Taliban"dan Pakistana XƏBƏRDARLIQ

“Taliban” hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. “Taliban” administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib.

Pakistanda yol qəzasında 13 nəfər ölüb

Pakistanın Karaçi bölgəsində avtobus və digər nəqliyyat vasitələri yanacaq daşıyan maşınla toqquşub. Primeinfo.az Pakistan mediasına istinadən xəbər verir ki, nəticədə azı 13 nəfər ölüb. Məlumata görə, avtobus və digər maşınlar yolun yanlış tərəfində hərəkət edib.

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib

“Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır”. Primeinfo.az xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan XİN-in İslamabadda baş vermiş terror aktı ilə bağlı başsağlığı mesajına cavab olaraq öz “X” hesabında yazıb.