Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: pakistan

Azərbaycan-Türkiyə-Pakistan bayraqları səmada - FOTO - VİDEO

Bakıda keçirilən hərbi paradda aviasiya dəstələrinin nümayiş uçuşları həyata keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını daşıyan helikopter üçlüyünə Hərbi Hava Qüvvələrinin komandanı, general-leytanant Namiq İslamzadə və polkovnik Rəşad Nadirov başçılıq edib. https://www.youtube.com/watch?v=VTAcfJydhwI

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri noyabrın 8-də başa çatıb. “Report” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrik XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Zəfər Günü münasibətilə Azərbaycan hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda deyilir.

"Pakistan Azərbaycanın yanında qaya kimi dayandı" - Şərif

Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq. Primeinfo.az xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib. “Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar.

Pakistan hərbçiləri Bakıda paradda keçid edib

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Pakistan hərbçiləri də iştirak edir. Primeinfo.az xəbər verir ki, qardaş ölkənin Silahlı Qüvvələrinin hərbçilərindən ibarət heyət tribuna önünüdən keçib. Parad heyətinə mayor Saqib Alan başçılıq edib.

Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistana səfər edib

  Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC – 2025” 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib. Bu barədə APA-ya Müdafiə nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib.