Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ klubu

Qurban Qurbanov və komandası ən yaxşı seçildi

[caption id="attachment_27392" align="alignnone" width="591"] Qarabağ FK-nın baş məşqçisi Qurban Qurbanov[/caption] Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarının adını açıqlayıb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, ilin kişilərdən ibarət ən yaxşı klub komandası “Qarabağ” seçilib. Ağdam təmsilçisinin çalışdırıcısı, təcrübəli mütəxəssis Qurban Qurbanov isə ilin ən yaxşı kişi məşqçisi nominasiyasına layiq görülüb.

"Sabah" "Qarabağ"a qalib gələrək liderliyi ələ keçirib

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda “Sabah” ölkə çempionu “Qarabağ”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Sabah” – “Qarabağ” – 2:1 (İkinci hissə) Qol: Leandro Andrade, 9 (0:1), Coy Lens Mikels , 52 (1:1), Aron Maluda, 88 (2:1) Qeyd edək ki, “Sabah” 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib.

"Qarabağ"ın qapıçısı əməliyyat olunub

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub. Primeinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib. Ş.Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

“Qarabağ” ötən il qazandığından çox xərcləyib

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər və xərcləri müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub. Ötən il ən çox gəlir əldə edən də, xərcləyən klub da “Qarabağ” olub.

Nəriman “Qarabağ”da onları qabaqladı

“Qarabağ”ın heyətində çıxış edən azərbaycanlı futbolçuların 21 yaşına qədərki karyera dövründə klub və avrokuboklarda əldə etdikləri statistik göstəricilər məlum olub. Primeinfo.az xəbər verir ki, futbolçuların erkən yaş dövründəki performansı aşağıdakı kimi qeydə alınıb: Ramil Şeydayev: 21 yaşına qədər 16 qol və assistlə yadda qalıb, avrokuboklarda oyun keçirməyib; Mahir Emreli: 21 yaşına qədər 21 qol və assist edib, avrokuboklarda 1 qol vurub; Toral Bayramov: 21 yaşına qədər 7 qol və assistə imza atıb, avrokuboklarda 1 qol müəllifi olub; Musa Qurbanlı: 21 yaşına qədər 39 qol və assist qeydə alıb, avrokuboklarda isə fərqlənə bilməyib; Nəriman Axundzadə: 21 yaşına qədər 52 qol və assistlə ən yüksək göstəriciyə sahib olub. Avrokuboklarda 3 qol vurub, 6 assist edib.

“Qarabağ” Antalyaya gedir

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.

“Qarabağ” azarkeşlərinə görə cərimələndi

  Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Primeinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. “Turan Tovuz” – “Sabah” oyununda “Sabah”dan 7 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. Primeinfo.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

“Qarabağ”ın oyunu zamanı sevgilisinə evlilik təklif etdi - VİDEO

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə məğlub olub. Primeinfo.az xəbər verir ki, buna baxmayaraq, oyun zamanı xoş anlar da yaşanıb. Belə ki, bir gənc stadionda sevgilisinə evlilik təklif edib.