Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ klubu

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb. Primeinfo.az xəbər verir ki, satışa bu gün, saat 15:00-da start verilib. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Qurban Qurbanov “Qarabağ”la 800-cü oyununu keçirdi

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Onun yubiley matçı Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib.

“Qarabağ” Liqada növbəti qələbəsini qazandı

Misli Premyer Liqasının XIII turunda “Qarabağ” doğma meydanda “Karvan-Yevlax”a qalib gəlib. Primeinfo.az-ın məlumatına görə, “Azərsun Arena” baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Ağdam təmsilçisinin heyətində Emanuel Addai (79) və Nəriman Axundzadə (89) fərqləniblər “Qarabağ” 29 xalla turnir cədvəlinə başçılıq edir.

UEFA “Qarabağ”ı bu səbəbdən cərimələdi

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu cəzalandırıb. Primeinfo.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə “Çelsi” ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub. “Köhlən atlar”ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib.

“Napoli” – “Qarabağ” oyununun start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq “Napoli” (İtaliya) və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb. Primeinfo.az xəbər verir ki, “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq. Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar: Napoli Coach: Antonio Conte 32 Milinković-Savić (GK) 4 Buongiorno 7 Neres 8 McTominay 13 Am.

“Napoli” – “Qarabağ” oyunu güclü yağış səbəbindən dayandırıldı

  UEFA Gənclər Liqasının əsas mərhələsində “Napoli” və “Qarabağ”ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb. Ağdam klubundan Primeinfo.az-a verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi “Cuzeppe Pikkolo” stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

“Napoli” - “Qarabağ” oyunu təxirə salınır? - RƏSMİ

İtaliya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində bu gün keçiriləcək “Napoli” – “Qarabağ” oyununun pis hava şəraiti səbəbindən təxirə salına biləcəyini yazıb. Primeinfo.az İtaliya KİV-nə istinadən xəbər verir ki, matçın keçiriləcəyi Neapol şəhərində yağışlı hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Bölgədə yağıntının artması, leysan və güclü ildırım gözlənilir ki, bu da hidrogeoloji qeyri-sabitlik və daşqın riski də daxil olmaqla, bir çox ciddi fəsadlara gətirib çıxara, güclü külək açıq sahil xətləri boyunca qasırğa dalğalarına səbəb ola bilər.

Konte: “Qarabağ”a qarşı maksimum diqqət tələb olunur”

“Qarabağ”la görüş tam fərqli olacaq”. Primeinfo.az xəbər verir ki, bu sözləri İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə “Qarabağ”la keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib. Mütəxəssis “Qarabağ”ı UEFA Çempionlar Lqiasının sürpriz komandası adlandırıb: “Qarabağ” turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir.