Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ermənistana dövlət səfərinə dəvət edib. Primeinfo.az “Armenpress”ə istinadən məlumatına görə, bunu Nikol Paşinyan Astanada Tokayevlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında onu Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 20-21-də Qazaxıstanda rəsmi səfərdə olacaq. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Paşinyan səfər çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək söhbət aparacaq, daha sonra nümayəndə heyətlərinin genişləndirilmiş tərkibdə danışıqları keçiriləcək.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ictimai fəal Tağı Tağıyev və “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin üzvü, diaspor fəalı Elmir Şahsuvarovu təltif edilib. Primeinfo.az xəbər verir ki, T.Tağıyev Qazaxıstanda gördüyü xeyirxah işlərinə görə “İlin adamı” adına layiq görülüb. Elmir Şahsuvarov isə Qazaxıstanda məsənnətçiliyin və xeyriyyəçilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Xalqları Assambleyasının “Jomart Jan” fərqlənmə nişanı ilə təltif edilib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada olan Qazaxıstanın müdafiə naziri Dauren Kosanovla görüşüb. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaşar Gülər qazaxıstanlı həmkarını nazirlikdə rəsmi mərasimlə qarşılayıb. Rəsmi qarşılanma mərasimində hər iki ölkənin milli marşları səsləndirilib.
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində Astanaya dövlət səfəri edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb. Səfər proqramına iki ölkənin nümayəndə heyətlərinin danışıqları daxildir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevi ən yüksək dərəcəli “Dostluq” ordeni ilə təltif edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin saytında məlumat yerləşdirilib. Mükafatlandırma mərasimi Kuksaroy iqamətgahında baş tutub.
Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Görüşdə dövlət başçıları Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.
Qazaxıstan Parlamenti kütləvi informasiya vasitələrində və internetdə “LGBT təbliğatı”nın qadağan olunmasını nəzərdə tutan qanunu yekdilliklə qəbul edib. Primeinfo.az bu barədə yerli mətbuata istinadən xəbər verir. Yeni qanuna əsasən, bu qadağanı pozan şəxslər 40 minimal hesablanmış göstərici məbləğində (2025-ci il üçün təxminən 157 min tenge (təqribən 500 manat) cərimə ediləcək, təkrar hal baş verərsə, 10 sutkayadək inzibati həbs nəzərdə tutulur.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin danışıqların yekunları üzrə “strateji tərəfdaşlıq və müttəfiqlik haqqında” Bəyannamə imzalayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. “Dövlət başçıları Rusiya Federasiyası və Qazaxıstan Respublikasının dövlətlərarası əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçidi haqqında Bəyannaməni imzalayıblar”, – məlumatda bildirilib.