Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Türk Dövlətləri Təşkilatından bildirilib. İclasda TDT-nin Baş katibinin iştirakı da nəzərdə tutulur.
2025-ci ildə Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 5.4% artaraq 7 milyard 263.8 milyon ABŞ dolları təşkil edib. Primeinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan TDT-ə üzv ölkələrə ixrac 3 milyard 572.3 milyon ABŞ dollarına, idxal isə 3 milyard 691.5 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14.7%-nə bərəbər olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yanvar–sentyabr dövrünü əhatə edən buraxılışı nəşr olunub. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabat TDT-yə üzv ölkələrdə makroiqtisadi göstəricilərin dinamikası, xarici ticarət, fiskal inkişaflar və struktur transformasiya meyillərinə dair əhatəli qiymətləndirmə təqdim edir. Hesabata əsasən, 2025-ci ilin ilk doqquz ayı ərzində TDT ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) artım tempi təxminən 6 faiz təşkil edib ki, bu da qlobal iqtisadi artımın təxminən 3 faizlik səviyyəsindən xeyli yüksəkdir.
2025-ci ildə Türk Dövlətləri Təşkilatına (TDT) marağın əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Bu maraq müxtəlif ölkələr tərəfindən açıq şəkildə nümayiş etdirilir. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident. İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.
15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü münasibətilə Türk dünyasının bütün xalqlarını səmimi-qəlbdən təbrik edirik.
Ölkəmizdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi ilə tanış olublar. Primeinfo.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib, bəyannamə imzalanıb. Primeinfo.az xəbər verir ki, “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən toplantıda üzv ölkələrin nümayəndələri iştirak ediblər. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, TDT-yə üzv ölkələrlə əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi prioritetlərdən biridir.
Türkdilli ölkələr öz xəritələrini hazırlayırlar və əminəm ki, görüşümüzün nəticəsi olaraq bu, gələcəkdə hərbi mülki xəritəçəkmə təsisatları arasında əməkdaşlığı daha da gücləndirəcək. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merey Mukajan TDT-yə üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib. O bildirib ki, Türkdilli ölkələr beynəlxalq elmə, o cümlədən riyaziyyat, fizika və astronomiyaya çox böyük töhfələr veriblər, kartoqrafiya inkişaf edib: “Əminəm ki, bu görüşümüz Türkdilli dövlətlər arasında körpü olacaq, məhsuldar əməkdaşlığın əsası qoyulacaq.
“Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində media əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Bakıda keçirilən TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bəyan edib. K.İskakovun sözlərinə görə, əsas addım təşkilata üzv ölkələrin teleməhsullarına çıxışının genişləndirilməsi olmalıdır.